Tofiq Yaqublu başqan olmaq arzusundadır

0
41

Amma Müsavat rəhbərliyi ondan imtina edə bilər

Hələ bir neçə il öncə həbsdən azad olunduqdan sonra “Milli Şura”da qaldığını və siyasi fəaliyyətinin bir hissəsini də məhz həmin ölü qurumda davam etdirəcəyini deyən Müsavatın başqan müavini Tofiq Yaqublu ilə təmsil olunduğu partiyası arasındakı qalmaqal böyüməkdə davam edir. Daha öncələr də qeyd etdiyimiz kimi, T.Yaqublu Müsavatın başqan müavini olmasına baxmayaraq, partiyasının hələ 2013-cü ildə “Milli Şura” sıralarından çıxmasına qarşı olduğunu etiraf edib və atılan addımı yanlışlıq kimi qiymətləndirib. Digər tərəfdən, o, iddia edib ki, Müsavat rəhbərliyi onun “Milli Şura”da təmsil olunmasına heç bir təpki, etiraz göstərməyib. Ancaq onun yalan danışdığı bir neçə dəfə üzə çıxıb.

Məsələ ondadır ki, “Mən də fərd olaraq, “Milli Şura”da qalıram, çıxmamışam, “Milli Şura”nın toplantılarında da iştirak edəcəyəm” -deyən Yaqublunun bu sözləri nəticədə kəskin etirazla qarşılanmışdı. Sadəcə, qeyri-rəsmi şəkildə, uzağı isə sosial şəbəkələrdə ona etiraz edən müsavatçılar var idi.

Düzdür, hələlik Müsavatın baqşanı Arif Hacılı sözügedən məsələ ilə bağlı heç bir reaksiya göstərməsə də, gözlənildiyi kimi, onun bu funksiyasını müavinləri, partiyanın digər rəsmi şəxsləri icra edirlər. Belə ki, Müsavat partiyanın Divanında təmsil olunan və adının açıqlanmasını istəməyən funksionerlərdən biri Yaqublunun mövcud mövqeyindən xəbərsiz olduğunu deyərək, bildirib ki, qarşı tərəfin belə açıqlama ilə çıxış etməsini yeni eşidib: “Yəqin ki, Divanın iclasında Tofiq Yaqublu məlumat verəcək. Daha sonra isə Divan müvafiq qərar qəbul edəcək. Fərd olaraq mən bir söz deyə bilmərəm. Tofiq Yaqublu fərd olaraq azad insandır, seçim onundur. Ancaq bir partiya üzvü olaraq o, qərarlara tabe olmalıdır”.

Tofiq Yqaublu Müsavatı AXCP və “Milli Şura”ya qurban verəcək

Onu da qeyd edək ki, Divanın T.Yaqublunun həm “Milli Şura”da, həm də Müsavatda başqa müavini kimi fəaliyyət göstərməsinə müsbət cavab verməsi inandırıcı görünmür. Bu baxımdan, qalmaqalın böyüyərək çərçivədən çıxması ehtimalı daha çoxdur. İlk növbədə, Arif Hacılı klanının ortaya atılaraq, Yaqubluya qarşı fikirlər səsləndirməsi də deyilənləri təsdiq edir. Xüsusilə, Müsavatın gələn ay qurultay keçirəcəyi və başqanlıq postuna kimlərin namizəd olacağı üzə çıxdıqdan sonra. Belə ki, artıq həm Arif Hacılı, həm də Yadigar Sadıqlı başqanlığa namizədliklərini irəli sürüblər. A.Hacılı növbəti dəfə başqan olmaq arzusundadır və onun T.Yaqubluya aman verməyəcəyini də indidən proqnoz etmək mümkündür.

Yeri gəlmişkən, T.Yaqublu bir neçə il öncə, həbsdən çıxar-çıxmaz AXCP ilə Müsavatı barışdıracağı iddiası ilə də çxış etmişdi. Ancaq onun bu təşəbbüsü də puç olmuşdu. İki partiyanı bir araya gətirə bilməyən T.Yaqublunun Müsavatı “Milli Şura”ya qurban verməsi isə daha çox inandırıcı görünür. Xüsusilə, ona qarşı Müsvaatda basqılar artdıqca, onun A.Hacılı başda olmaqla, bütövlükdə Hacılı klanına qarşı nifrəti daha da artır. Görünür, o başqanlığa namizədliyini irəli sürərkən, əlində “kozır” saxlamaq istəyir. Daha dəqiq desək, Müsavatı tərk etmək üçün o başqanlığa namizədliyini irəli sürüb və seçilməyəcəyini bildiyi üçün qarşıda kəskin qarşıdurma yaradıb, lövbərini “Milli Şura”ya və AXCP-yə salmağa çalışır..

Rövşən

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin