“İrəli” İctimai Birliyinin yeddi gənci Trabzonda mübadilə proqramında iştirak edir

0
23


“İrəli” İctimai Birliyinin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində Birliyin 7 üzvü Trabzon şəhərində keçirilən mübadilə proqramında iştirak edir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin mövzusu qadınlara qarşı zorakılıq, ölkələrdə bununla bağlı yaşanan problemlər və onların həlli yolunun tapılmasıdır.
Layihə çərçivəsində yerli nümayəndələr ilə görüşlər, seminarlar, ekskursiyalar təşkil olunub. İştirakçılar zorakılığa qarşı mübarizəyə dair layihələr haqqında müzakirələr aparıb, bu mövzuda qısametrajlı filmlər hazırlayıblar.
Gənclər Azərbaycanın mədəniyyət gecəsində Azərbaycan rəqslərini, milli mətbəximizin və mədəniyyətimizin nümunələrini təqdim ediblər.
Mübadilə proqramına Azərbaycan və Türkiyə ilə yanaşı, Latviya, Gürcüstan və Portuqaliya təmsilçiləri də qatılıblar.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin