“Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumunun əsərləri dahi şair Nəsimiyə həsr olunub

0
24

“Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu başlayıb.

Thebusinesstimes.Az Trend-ə istinadən xəbər verir ki, budəfəki simpoziumda yaradılan əsərlər 650 illik yubileyi qeyd olunan Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub. Simpoziumda bu dəfə 8 ölkədən 11 heykəltəraş iştirak edir.

Hazırda Azərbaycan, Belarus, Bolqarıstan, Çin, İran, Latviya, Rumıniya və Rusiyadan olan heykəltəraşlar “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ərazisində aqlay daşından Nəsimi yaradıcılığına həsr etdiyi əsərlərini yaratmaqdadır.

Sentyabrın 30-da Heydər Əliyev Fondunu tərəfindən təşkil olunan Nəsimi festivalı çərçivəsində həmin əsərlərin təqdimatı keçiriləcək.

İranlı heykəltəraş Səid Əhmədi layihədə ilk dəfə iştirak etdiyini deyib. O da digər həmkarları kimi bu simpoziuma Nəsimi yaradıcılığından bəhrələnərək ərsəyə gətirəcəyi əsərlə qatılacağını qeyd edib: “Biz bu əsərləri hazırlayərkən müəyyən müddət çəkir ki, onu tam ərsəyə gətirək. Ancaq bütün bu əziyyətlərin nəticəsinin yaxşı olduğunu düşünmək lazımdır. Tam gücümüzlə buna çalışırıq. Ümid edirəm ki, budəfəki simpozimum maraqlı və yaddaqalan olacaq”.

Belaruslu heykəltəraş Aleksey Vrublevski bildirib ki, o, Nəsimi yaradıcılığı ilə yaxından tanışdır. Şairin qəzəlləri onda xoş təəssürat yaradıb. Aleksey Vrublevski yaradacağı əsərdə daha çox şairin poeziyasından ilhamlandığını söyləyib. “Mən də bu tədbirə birinci dəfədir qatılıram. Bir neçə gündür birlikdə çalışırıq. Nəsimi yaradıcılığı ilə tam vəhdət təşkil edəcək sənət əsərinin meydana gəlməsinə inanıram”.

Həmyerlimiz, azərbaycanlı heykəltəraş Fərman Qasımov çalışır ki, simpoziuma fərqli və olduqca maraqlı “Təcəlli” əsəri ilə qatılsın.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin