Türkiyə superliqasında beşinci tura start verilib

0
31


Futbol üzrə Türkiyə Superliqasının V turunun ilk qarşılaşmasında “Konyaspor” səfərdə “Göztəpə”nin qonağı olub.
AZƏRTAC xəbər verir ki, “Bornova” stadionunda baş tutan görüş tərəflərin qarşılıqlı hücumları ilə yadda qalıb. Lakin görüşün birinci hissəsində qol vurulmayıb. İkinci hissədə oyunun 50-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıblar. Andre Pokoya kobud oyununa görə hakim qırmızı vərəqə göstərib. Lakin “Göztəpə” 76-cı dəqiqədə hesabı açmağa nail olub. “Konyaspor”un müdafiəçisi Marin Anicicin öz qapısı qarşısında kobud oyununa görə hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Alpaslan Öztürk cərimə zərbəsini dəqiq yerinə yetirib. Beləliklə “Göztəpə” dogma meydanda “Konyaspor”u 1:0 hesabı ilə məğlub edib.
Bu oyundan sonra “Göztəpə” çempionatda 5 xalla 12-ci pillədə qərarlaşıb. “Konyaspor” isə 6 xalla 9-cu olub.
Turun digər qarşılaşmaları sentyabrın 21, 22 və 23-də keçiriləcək.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin