Özbəkistan ilə Əfqanıstan arasında elektrik enerjisinin satışına dair on illik müqavilə imzalanıb

0
28


Daşkənddə keçirilən Mərkəzi Asiya Energetika Forumu çərçivəsində Özbəkistanın Əfqanıstana elektrik enerjisi satmasına dair on illik müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, elektrik enerjisi qonşu ölkəyə tikilməkdə olan Surxan-Puli Xunri elektrik xətti ilə veriləcək. Özbəkistan bu layihəni cari ilin dekabrında başa çatdırmağı planlaşdırır. İlkin mərhələdə Əfqanıstana 4,2 milyard kilovat-saat elektrik enerjisi veriləcək. Sonra isə bu rəqəmin 6 milyard kilovat-saata çatdırılması nəzərdə tutulur.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin