“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub

0
20

Koreya Respublikasının cənub sahillərində güclü külək və şiddətli yağışlara səbəb olan “Tapa” qasırğası nəticəsində bir nəfər ölüb, iki sakin xəsarət alıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, qasırğanın törətdiyi fəsadlar səbəbindən 500-ə yaxın təyyarə reysi təxirə salınıb. Bir neçə ev qismən və ya tamamilə dağılıb. Bəzi yerlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Koreya Respublikasının Meteorologiya Administrasiyasının məlumatına əsasən, qasırğa Cecu adasından 170 kilometr cənubdan saatda 29 kilometr sürətlə sahilə doğru hərəkət edib. Qasırğa ölkənin ikinci böyük şəhəri olan Busanda da dağıntılara səbəbə olub.
Müvafiq qurumlar əhaliyə xəbərdarlıq edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin