Britaniya şirkəti çökdü: Türkiyə nə qədər ziyana düşəcək?

0
28

Britaniyanın “Tomas Kuk” turoperatorunun fəaliyyətini dayandırması Türkiyəyə illik 600-700 min nəfər turistin gəlişinə çətinlik yaradacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu “Röyter”ə müsahibəsində Türkiyə Otelçilər Federasiyasının sədri Osman Ayık deyib.

“Hazırda Türkiyəyə “Tomas Kuk”un hesabına Britaniya və digər Avropa ölkələrindən 45 min turist gəlib. Bu şirkətin işini dayandırması Türkiyəyə illik 600-700 min nəfər turist axınını azaldacaq. Britaniya şirkətinin elə də böyük olmayan otellərə 100-200 min funt sterlinq həcmində borcu var”, – deyə o bildirib.

Qeyd edək ki, “Tomas Kuk” fəaliyyətini dayandırdığını açıqlayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin