Çin Rusiya ilə ələqələri gücləndirmək niyyətindədir

0
19

Çin hökuməti bütün istiqamətlər üzrə Rusiya ilə strateji əməkdaşlığın inkişafına kömək edəcəkdir.

Trend-in məlumatına görə, Bu barədə ölkənin XİN rəhbəri Vanq Yi Çinin 70-ci ildönümü münasibətilə hökumətinin saytında dərc olunmuş açıqlamasında bildirib.

Vanq Yi bildirib: “Çin-Rusiya əlaqələri hərtərəfli strateji əməkdaşlığın görünməmiş yüksək səviyyəsinə çatıb. Biz bütün istiqamətlərdə irəlləyiş etmək niyyətindəyik”.

Vanq Yinin sözlərinə görə, Çin qonşu ölkələrlə əlaqələri intensiv inkişaf etdirmək və onlarla davamlı qarşılıqlı etimadı gücləndirmək niyyətindədir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin