İctimai müəssisələrdə və məktəblərdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib

0
28

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin ictimai obyektlərə nəzarət sektoru sentyabrın 24-də Bakıdakı “Emerald Suite” oteldə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Zərdab rayon Çallı kənd tam orta məktəbdə, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Astara Mərkəzi Mədəniyyət Evində, Lerik rayon 52 nömrəli Yol İstismar İdarəsində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şabran Qaz Xidmət sahəsində, Xudat şəhər 2 nömrəli tam orta məktəbində, Xaçmaz Tarix və Diyarşünaslıq Muzeyində, Siyəzən rayon Gənclər və İdman İdarəsində, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdaş rayon 3 nömrəli tam orta məktəbdə, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi şəhər 1 və 9 nömrəli tam orta məktəblərində və Bərdə rayon Mehdixanlı kənd tam orta məktəbində yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına – hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub.
İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin