Əsas səhifə Mədəniyyət İstanbuldakı Heydər Əliyev Parkında “VIII Sarıyer Ədəbiyyat Günləri” adlı kitab sərgisi açılıb

İstanbuldakı Heydər Əliyev Parkında “VIII Sarıyer Ədəbiyyat Günləri” adlı kitab sərgisi açılıb

admin
23 Oxunub

Sentyabrın 25-də İstanbulun Sarıyer rayonu ərazində yerləşən Heydər Əliyev Parkında “VIII Sarıyer Ədəbiyyat Günləri” adlı kitab sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu da təmsil olunur.
Baş Konsulluğun təşkilatçılığı ilə tədbirdə qurulan stenddə ölkəmizin klassik və müasir ədəbiyyat nümunələri, o cümlədən tarix, milli mətbəx, turizm mövzularında nəşrləri yer alır. Bundan əlavə, sərgidə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə onun əsərləri də nümayiş etdirilir.
Ümumilikdə 70-dək stendin təqdim edildiyi sərgiyə 5000-ə qədər ziyarətçinin qatılacağı gözlənilir.
Sərgi sentyabrın 29-dək davam edəcək.

Rəy bildir

one × three =