Məktəblilər arasında elektron resurslardan istifadə imkanları ilə bağlı maarifləndirici layihəyə start verilib

0
30

“Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin icrasına start verib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi məktəblilərin elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırılması, tədrisin keyfiyyətinin artırılmasına dəstək verməkdir.
Birlik həmin layihə çərçivəsində təhsil sahəsi ilə bağlı elektron resurslar və onlardan istifadə imkanları ilə bağlı Bakı şəhərində məktəblilər arasında məlumatlandırma sessiyaları da təşkil edəcək.
Ümumilikdə keçiriləcək altı maarifləndirici tədbir nəticəsində iki yüzə yaxın yeniyetmə faydalanacaq, nəşr edilən bukletlər tədbirlər zamanı iştirakçılar arasında yayılacaq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin