Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda yürüş təşkil olunub – FOTO

0
129

26 sentyabr 2019-cu il tarixində Təhsil Nazirliyi Respublika Uşaq – Gənclər İnkişaf Mərkəzi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Nümayəndəliyi (KOİCA), KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğunun tərəfdaşlığı ilə “İçərişəhər” ərazisində “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda yürüş təşkil olunub.

Tədbir 20 – 27 sentyabr 2019-cu il tarixində 150 ölkədə keçirilən “Global Climate Strike” və BMT-nin“Climate Action Summit” beynəlxalq həftəsinə həsr olunub.

Tədbirin əsas məqsədi uşaq və gənclərin ekoloji biliklərinin artırılması, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin problemləri və mühafizəsi, 17 Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda xüsusi bacarıqların formalaşmasından ibarət olub.
Yürüşə Respublika Uşaq – Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində məktəblərdə fəaliyyət göstərən ekoklubların aktiv üzvləri və tədbir qonaqları qatılıblar.

Rəngarəng tədbir zamanı iştirakçılar “İçərişəhər” ərazisində olan sakin və turistlərə ekoloji yaşam tərzini təbliğ edərək, 17 Dayanıqlı İnkişaf Məqsədləri haqqında ətraflı məlumat veriblər. Tədbir hərkəsi “Stand Together Now” prinsipini rəhbər tutaraq, maneələrə baxmayaraq Dünyada sülhü bərqərar etməyə səslədi.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin