Məqsəd Azərbaycanı regional və qlobal turizm mərkəzi kimi tanıtmaq, daha çox turistin gəlməsinə nail olmaqdır – Dövlət Turizm Agentliyi

0
18

Dövlət Turizm Agentliyi olaraq əsas vəzifəmiz turizm potensialımızı təbliğ etməklə, yeni turizm məhsulları yaratmaqla, mövcud imkanlardan maksimum səmərəli istifadə etməklə ölkəmizi regional və qlobal turizm mərkəzi kimi tanıtmaq, Azərbaycana daha çox turistin gəlməsinə nail olmaqdır.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə ünvanladığı təbrik müraciətində deyib.

Onun sözlərinə görə, bu vəzifələrin icrasında əsas məqsədimiz isə iqtisadiyyatın inkişafına, məşğulluq səviyyəsinin artmasına, insanlarımızın rifah halının yaxşılaşmasına töhfə verməkdir.

F.Nağıyev əlavə edib ki, 2016-cı ildən etibarən ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunan bu tarix həm də turizm sahəsində çalışanların peşə bayramıdır:

“Təsadüfi deyil ki, bu il Ümumdünya Turizm Günü “Turizm və iş yerləri: hamı üçün daha yaxşı gələcək” şüarı altında keçirilir. Bütün dünyada olduğu kimi Azərbaycanda da turizm cəmiyyətin sosial, mədəni, iqtisadi həyatına təsir edən, dəyər qatan əsas amillərdən biridir. Turizmin inkişafı hamı üçün daha yaxşı, daha proqressiv gələcək deməkdir. Turizm sənayesinin hər bir iştirakçısının turizmin inkişafında özünəməxsus rolu var. Bu rolun məsuliyyətini anlamaq, üzərinə düşən vəzifələri doğru və düzgün yerinə yetirmək bu günü peşə payramı kimi qeyd edən hər kəsin mənəvi borcudur”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin