Mobil telefonla alış-verişin tətbiqinə başlandı

0
63

“VISA Token” və “IBA Pay” mobil ödənişləri təmin edir

Azərbaycan sentyabrın ortalarından etibarən rəqəmsal ödənişlər bazarında yeni elektron xidməti – “VISA Token”i istifadəyə verib. Nağdsız ödənişlərin mobil telefonlar vasitəsilə həyata keçirilməsini təmin edən “Visa Token” sayəsində müştərilər telefonlarına aplication yükləyərək onun vasitəsi ilə nağdsız ödəniş edə bilərlər. Bunun üçün telefonu sadəcə ödəniş etmək istədiyiniz aparata yaxınlaşdırmaq kifayət edir. Bu xidmət insanlara kiçik məbləğlərdə ödənişlər zamanı yaşanan problemlərdən qurtarmağa da imkan verir. Belə ki, vətəndaşlar restoranlarda və ya hər hansı kafedə kofe alanda, 1 dollara qədər olan ödənişlərin plastik kart vasitəsilə ödəyərkən çətinlik çəkirdilərsə, təmassız ödəniş zamanı isə bunu çox rahat şəkildə gerçəkləşdirilə bilərlər. Yəni, bu xidmət az məbləğli ödənişlərdə çox əlverişlidir.
“VISA Token” xidmətinin köməyil ilə perspektivdə plastik kartlarla yanaşı, mobil telefon, saat, üzük, bilərzik və digər qurğu və ləvazimatlarla ödəniş etmək mümkün olacaq. Bu xidmət həmçinin, “Apple Pay”, “Samsung Pay”, “Google Pay” kimi ödəniş vasitələrinin də Azərbaycanda geniş tətbiqinə şərait yaradacaq. Beləliklə, bu xidmətlərin tətbiqi Azərbaycanda nağdsız əməliytatların, ödənişlərin inkişafına stimul verəcək.
Azərbaycan hökuməti “VİSA” şirkəti ilə birgə “Visa Token” xidməti ilə yanaşı, ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması, rəqəmsal ödənişlərin inkişafı üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, maliyyə inklüzivliyinin gücləndirilməsi və rəqəmsal ödənişlər sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, habelə rəqəmsal ödənişlərin inkişafı və innovativ ödəniş həllərinin istifadəsinin genişləndirilməsi sahəsində də birgə əməkdaşlıq da həyata keçiriləcəkdir.
Azərbaycan Beynəlxalq Bankı da təmassız ödəniş aparmaq üçün “IBA Pay” mobil tətbiqinə start veribdir. Mobil əlavə NFC standartını dəstəkləyən “Android” əməliyyat sistemi üzərində çalışan smartfonlar üçün nəzərdə tutulub. Ödəniş aparmaq üçün mobil əlavədə “Visa” kartının 16 rəqəmli nömrəsini və ekranda əks olunan təhlükəsizlik kodunu daxil etmək kifayətdir. Sonrakı mərhələdə müştəri özünə daha öncədən sistemdə olan SMS xəbərdarlıq üçün qoşulmuş mobil telefon nömrəsinə daxil olan birdəfəlik şifrəni daxil edir və bundan sonra isə müştəri rahat giriş funksionallığı aktiv edir, sonra isə “Face ID ” və ya “Touch ID” vasitəsilə giriş təyin edir.Təmassız ödənişi aktivləşdirmək üçün mobil tətbiqdən “VİSA” kartına aid pəncərəyə daxil olduqda NFC aktivləşdirmə düyməsini sıxaraq kartı təmassız ödəniş aparmaq üçün hazır vəziyyətə gətirilir ki, bundan sonra istənilən təsərrüfat subyektinə xüsusi proqram təminatı ilə təchiz olunan POS-terminalda ödənişi həyata keçirə bilər.

E.CƏFƏR

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin