Əsas səhifə Dünya ABŞ-dakı aktiv qazma qurğularının sayı azalır

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalır

admin
53 Oxunub

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 8 ədəd azalaraq 860 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 194 ədəd azalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 6 ədəd geriləyərək 713 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 147 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı da 2 ədəd azalaraq 146 olub ki, keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 41 ədəd geriləyib.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

Rəy bildir

13 + two =


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609