Yaponiya paytaxtında “Müqəvvalar festivalı” keçirilir

0
32

Yaponiyada təşkil edilən festivallar həm öz rəngarəngliyi, həm də həsr olunduğu mövzuların müxtəlifliyi ilə diqqəti cəlb edir.
AZƏRTAC xəbər verir ki, belə bayramlardan biri də Tokionun mərkəzində yerləşən Minato-ku rayonunda keçirilən ənənəvi “Kakashima matsuri” və ya “Müqəvvalar festivalı”dır. Əsasən kənd yerlərində əkin sahələrinə ziyan vuran quşların qovulması məqsədilə quraşdırılan müqəvvalardan fərqli olaraq, burdakı fiqurlar öz rəngarəngliyi ilə diqqəti cəlb edir.
İki gün davam edən festivalın proqramına gəlincə isə buraya həm müqəvvalar müsabiqəsi, milli mahnılar və rəqslər paradı, müxtəlif məhsulların sərgisi, milli yeməklər və içkilər daxildir.
Burada ziyarətçilərə təqdim edilən və festivalın həsr olunduğu müqəvvalar ən müxtəlif materiallardan hazırlanıb və bostanlar boyunca düzülən ənənəvi müqəvvalardan tamamilə seçilir. Həm kağızdan, həm plastikdən, həm penoplastdan, həm də elektrik lampalarından hazırlanan müqəvvalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Həmçinin burada istənilən ölçüdə müqəvvalara rast gəlmək olar. Festivalda müxtəlif animelərin çoxsaylı qəhrəmanlarına bənzəyən müqəvvalar da var.
İştirakçılara milli yeməklərin, içkilərin təqdim edildiyi və gecə saatlarına qədər davam edən festival həm yerli sakinlər, həm də Yaponiya paytaxtının qonaqları tərəfindən böyük maraqla qarşılanır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin