Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana birbaşa investisiyaların cəlb olunması imkanlarını öyrənir (ÖZƏL)

0
41

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda özəl sektora birbaşa investisiyaların cəlb olunması imkanlarını öyrənməyə davam edəcək.

Bunu Trend-ə müsahibəsində IFC-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Vibke Şlomer deyib.

O bildirib ki, qurumun Azərbaycanla 2016-2020-ci illəri əhatə edən tərəfdaşlıq münasibətləri Dünya Bankı (DB) Qrupunun Azərbaycanda dayanıqlı, inklüziv artım yoluna yönəlmiş strategiyanı müəyyənləşdirir:

“Özəl sektorun rolunu artırmaq üçün IFC Azərbaycan hökuməti ilə işləyir. Biz biznesin, investisiya siyasətinin nizamlanması sahəsində beynəlxalq təcrübəni təklif etməklə hökuməti dəstəkləyirik və iş yerlərinin yaradılması üçün aparıcı sahələrdən olan kənd təsərrüfatı sektorunun rəqabətqabiliyyətliliyini artırmağa kömək edirik”.

Regional direktor vurğulayıb ki, IFC iyirmi ilə yaxındır ki, Azərbaycana investisiya qoyur və ölkənin özəl şirkətlərinə, eləcə də maliyyə müəssisələrinə kiçik və orta müəssisələrin kreditləşməsi üçün birbaşa investisiyaların cəlb olunması imkanlarını öyrənməyə davam edəcək.

V.Şlomer əlavə edib ki, Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) 2013-cü ildə IFC ilə tərəfdaşlıq münasibətləri yaradıb və üç fonda 350 milyon dollar ayırıb:

“IFC üçün məsuliyyətli və uzaqgörən investorlarla işləmək çox vacibdir. Biz SOFAZ-la və Azərbaycanla tərəfdaşlığı qiymətləndiririk və bunun davam etməsinə və genişlənməsinə ümid edirik”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin