İskəndəriyyə kitabxanasını müsəlmanlar məhv edib, yoxsa..?

0
17

642-ci ildə Ömər ibn Xəttabın xəlifəlik etdiyi dövlət Misiri ələ keçirir. Oraya gedən ordunun komandiri Əmr ibn As idi. Misirə daxil olan müsəlmanlar oradakı İskəndəriyyə kitabxanasını görürlər. Əmr ibn As Ömər ibn Xəttaba xəbər göndərir ki, bu kitabxananı nə edək? Ömər ibn Xəttab cavabında deyir: “Oradakı kitablar Quranın dediyini deyirsə, ehtiyacımız yoxdur onlara, Quranımız var. Əgər Quranın dediyinin əksini deyirsə, yenə də ehtiyacımız yoxdur, küfrü yayır. Ona görə də yandırın.” Beləliklə, bu kitabxanın kitablarıyla şəhərdəki 4 min hamam 6 ay boyunca qızdırılır. Filosof Yohan Filopon nə qədər etiraz etsə də, onun sözünü dinləmirlər.

Yəqin ki, bu nağılı siz də duymusunuz. İslamın elm düşməni barbar bir din olduğunu göstərmək üçün, belə bir rəvayət nəql edirlər. Görəsən həqiqətənmi belə bir hadisə baş vermişdir? Müsəlmanlar İskəndəriyyədəki elmə qarşı bu qədər kəskin bir mövqedə olublarmı? Gəlin məsələnin həqiqətini bir yerdə analiz edək.

Mövzunun mahiyyətinə girmədən öncə islamafob ateistlərə demək istərdik ki, “Dediklərimizin hər birini test edə bilərsiniz. Əgər əks arqumentiniz yoxdursa, heç olmasa susun, bu halda sizin üçün daha yaxşı olar.”

Əvvəla qeyd etməyimiz vacib olan əsas nüans budur ki, bu iddia heç bir İslami qaynaqda (tarix və hədis) keçmir. Nəinki bu hadisə, heç İskəndəriyyə kitabxanası haqqında da məlumat yoxdur. Bu iddianı ilk dəfə 13-cü əsrdə suryani xristian yazar Bar-Ebrey (Əbul Fərəc ibn Harun) ortaya atmışdır. Bar-Ebreyə qədər bu məlumat nə islami mənbələrdə, nə də başqa xristian və yəhudi mənbələrində keçmir. Yəni, Kitabxananı müsəlmanların yandırdığına dair ilk mənbə bu hadisədən 600 il sonra ortaya çıxmışdır. Əslində bu tarix özü həqiqəti deyir. Amma davam etməyə ehtiyac vardır.

Bar-Ebrey bu məlumatı nəql edərkən qeyd edir ki, filosof Filopon bu hadisəyə etiraz etsə də, onu dinləyən olmadı. Çox maraqlıdır ki, Yohan Filipon 570-ci ildə vəfat etmişdir. Müsəlmanların Misirə 642-ci ildə gəldiyini nəzərə alsaq, Filipon bu hadisədən 72 il öncə ölmüşdü. Bəs o halda, necə ola bilər ki, 72 il öncə vəfat etmiş adam Əmr ibn Asa etiraz edirdi? Yəqin ki, Bar-Ebrey bu hadisəni uydurduğu zaman illərə diqqət etməyib.

Bar-Ebrey növbətini xətasını kitabların yandırılması haqqında edir. Müəllif qeyd edir ki, oradakı kitablarla şəhərdəki 4 min hamam 6 ay boyunca qızdırıldı. Bu iddianın da nə qədər absurd olduğunu anlamaq heç də çətin deyil. Həmən dönəmdə kitablar adi kağıza deyil, perqamentə yazılırdı. Perqament isə asanlıqla yanan bir maddə deyil və ondan yanacaq kimi istifadə edilə bilməz. Əlavə olaraq, bunun olduğunu nəzərə alsaq belə, Bernard Luisin hesablamalarına görə, 4 min hamamın 6 ay müddətində qızdırılması üçün 14 milyon kitab lazımdır ki, o dönəmdə kitabxanada o qədər kitabın olması mümkün deyildi.

Bu kitabxananın müsəlmanlar tərəfindən yandırılması mümkünsüz bir haldır, ona görə ki,

1. Bu barədə yazılan məlumat ilk dəfə hadisədən 600 il sonra ortaya çıxır.

2. Bu barədə yazılan məlumatda həmən dövrdə yaşamayan insanların adı çəkilir.

3. Kitabların yandırılması haqqında məlumat məntiq və riyazi hesablamalarla uyğunluq təşkil etmir.

Bəs kitabxananı kim məhv etdi? Kitabxanaya ilk ciddi zərər Roma imperatoru Sezarın hücumu əsnasında dəyib. Romalılar Misiri mühasirəyə aldığı zaman müəyyən yanğınlar çıxır və kitabxanaya zərər dəyir. İkinci zərər və tamamilə dağıdılması isə 389-cu ildə olub. Feodosinin buraya hücumları zamanı misirli paqanlarla xristianlar arasında müəyyən qarşıdurmalar yaranır və İskəndəriyyə kitabxanası xristianlar tərəfindən yerlə bir edilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin