Bakıda 25-ci “BAKU BUİLD” sərgisi keçiriləcək

0
21

22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 25-ci dəfə Azərbaycanın ən irimiqyaslı sərgilərindən biri – Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” sərgisi keçiriləcək.

Thebusinesstimes.Az xəbər verir ki, sərgi 25 illik uğurlu fəaliyyəti ərzində dünyanın 35-dən artıq ölkəsini təmsil edən 5000-dən çox şirkəti bir araya gətirib.

“BakuBuild” sərgisi öz yubileyində Avropa, Asiya və MDB ölkələrini təmsil edən 200-dən çox şirkəti bir araya gətirməklə, iştirakçıların beynəlxalq əlaqələrini daha da gücləndirmək niyyətindədir. Sərgidə Almaniya, BƏƏ, İran, İtaliya və digər ölkələrin milli qrupları iştirak edir. Türkiyə ilk dəfə olaraq sərgidəmilli qrupla çıxış edəcək. Rusiya isə öz regional stendləri (Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk, Tümen, Vladimir vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya, Şimali Osetiya-Alaniya) ilə sərgidə debüt edəcək. İştirakçılar arasında “Assa Abloy”, “AZROS-PL”, “JAF”, “Caspian Electric”, “Faxreddin-K”, “Nabucco”, “NB Group”, “Pimapen”, “Kronospan”, “Taleh-I”, “Universal Makina”, “Akkord Cement” (Qazax sement zavodu), “Texnonikol” və s. şirkətlər yer alır. Sərginin daimi iştirakçısı – “NB Group” şirkəti qeydiyyat sponsoru qismində çıxış edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin