Əli Kərimli Cəmil Həsənliyə açıq müharibə elan edərsə…

0
27

Və ya “Milli Şura”da niyə gərginlik hökm sürür?

Bildiyiniz kimi, AXCP sədri Əli Kərimli xeyli vaxtdır müxtəlif planlar qumaqla “Milli Şura” adlanan qurumu öz inhisarına almaqla məşğuldur. Onu da etiraf etməliyik ki, zaman-zaman müəyyən xarici dairələrdən maliyyə dəstəyi alan sədr bəzi qruplaşmaları özünə tərəf çəkə bilib. Lakin bu məsələlərin görünməyən tərəfləri də var. Xüsusilə, 28 sentyabr mitinqini keçirə bilməməklə, eləcə də, öz zəifliyini gizlətmək məqsədi ilə “günahkar” olaraq hakimiyyəti hədəfə alması da ona heç bir divident vermədi. Bu baxımdan, hazırda “Milli Şura” daxilindəki adamlarını da müxtəlif yollarla hədəfə alan Kərimli indi də kuluarlarda qurumun sədri Cəmil Həsənlini “baltalayır”. Çünki o da sirr deyil ki, AXCP sədri “Milli Şura”nı dolayı yolla, yəni təlimatlarla idarə etsə belə, faktiki sədr C.Həsənlidir.  Ona görə də, onun bu məsələdə əsas məqsədi isə “Milli Şura”nın sədrliyi postuna yiyələnməkdir.

Əsas maliyyə Qərbdən gəlir və bank hesablarının heç biri Əli Kərimlinin adına deyil

Söz yox ki, Ə.Kərimlinin müxalifətçilik pərdəsi adı altındakı digər məqsədi maliyyə məsələləridir. Bu gün onların əsas maliyyələri Qərbdən gəlir və bank hesablarının heç biri Ə.Kərimlinin adına deyil. Əldə etdiyimiz səhih xəbərə görə, müəyyən maddi vəsaitlər əsasən C.Həsənlinin hesabına getdiyi üçün, AXCP sədri tərəfdarlarının onu aldatdığını düşünür, bu istiqamətdə şübhələrə varır.

Yeri gəlmişkən, Ə.Kərimli zamanında “İctimai Palata”da da bənzər addımlarını ataraq, maliyyə gəlirlərini özünküləşdirməyə çalışıb. Başqa sözlə desək, AXCP sədri vaxtilə “İctimai Palata”da oynadığı maxinasiya oyunlarını bu gün “Milli Şura”da təkrarlayır. Beləliklə, ikili-üçlü oyunlar oynayan Kərimli digər tərəfdən, siyasi bleflərini eyni zamanda C. Həsənliyə qarşı hesablayır. Bu günədək bir çox ziddiyyətli məqamlardan xeyrinə yararlanan partiya sədri indi də “şura” sədrliyi sevdasına düşüb. Əgər yaxın günlərdə bu iddia ətrafında hər hansı yeni bir tələb olarsa, bundan qəti surətdə təəccüblənməyə dəyməz.

Cəmil Həsənlinin tez-tez ABŞ-a səfər etməsi onun sədrlik postundan uzaqlaşdırılması prosesini sürətləndirir

Hazırda Əli Kərimli özünə ən yaxın hesab etdiyi yandaşlarını da həmin istiqamətdə kökləyib. Bu gün “Milli Şura” daxilində qrupların savaşı da baş verənlər kontekstində inkişaf etməkdədir. Cəbhəçi sədrin adamları anti-Həsənli kampaniyasına start veriblər. Xüsusilə, C.Həsənlinin tez-tez ABŞ-a getməsindən yararlanan AXCP sədri bütün hallarda bu kampaniyasını sürətləndirməkdədir.

Bu gün müxalifətin digər cinahında fəaliyyət göstərən sədri Rzi Nurullayev olan alternativ AXCP-nin funksionerləri də baş verənlərə ilginc münasibət sərgiləyirlər. Çünki onların çoxu bir zamanlar Ə.Kərimlinin egidası altında fəaliyyət göstərdikləri üçün, artıq bütün məsələlərdən xəbərdardıalr. 

Alternativ AXCP: “Öz aralarındakı düşmənçilikdən başları açılmadı ki, vaxt tapıb kənarda rəqib axtarsınlar”

Misal üçün, alternativ AXCP-nin sədr müavini Ehtiram Mehtiyevin fikirlərindən anlamaq olur ki, hələ “Milli Şura” yaradılarkən süni birlik kimi nəzərə çarpıb.  Müxalifət daxilindəki dedi-qodu və çəkişmələr isə, bu birliyin tez bir zamanda sıradan çıxacağını göstərirdi. Özlərini demokratik qüvvələr adlandıran bir qrup müxalifət təmsilçilərinin yaratdıqları qurum hələ yarandığı vaxtdan bir neçə gün keçməmiş sədrlik postuna iddialı olan müxalifət liderləri arasında mübahisələrə təkan verdi. “Belə olan məqamda Əli Kərimli heç imkan verərdimi ki, özü qala-qala İsa Qəmbər alternativ olsun? Əlbəttə, yox. Bax, ortalıq bu ambisiyalar üzündən qarışdı. Bu çəkişmələrin sonunda isə sədrlik postuna Rüstəm İbrahimbəyov gətirildi”, deyə bəzi xatırlatmaları edən alternativ cəbhəçi bildirib ki, dağıdıcı müxalifət ona görə növbəti fiaskonu yaşadı ki, bu cür xislətin, təfəkkürün daşıyıcıları bir olub razılaşa bilmədilər: “Öz aralarındakı düşmənçilikdən başları açılmadı ki, vaxt tapıb kənarda rəqib axtarsınlar. “El” hərəkatının sədri Eldar Namazovun seçkidən əvvəl bu qurumdan getməsi, İsa Qəmbərin, Mirmahmud Mirəlioğlunun istefa vermələri onu göstərdi ki, “Milli Şura” müxalifət partiyalarının birliyi deyil, sadəcə, Əli Kərimlinin maraqlarına xidmət edən bir neçə şəxsin yığıncaq yeridir”.

Söz yox ki, bunlar bizlərin görüb-bildiyi çüzi şeylərdir, pərdə arxasında isə daha ciddi proseslər baş verir. Daha dəqiq vurğulasaq, əgər bir gün C.Həsənli Ə.Kərimliyə qarşı savaş açarsa, ya da Ə.Kərimli C.Həsənlini hədəfə alıb, açıq müharibə elan edərsə, bütün bunlardan təəccüblənməyə dəyməz.

Rövşən NURƏDDİNOĞLU

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin