Azərbaycanlı mütəxəssislər Avropa İttifaqının institutlarında təcrübə keçəcəklər

0
10

Azərbaycanlı mütəxəssislər Avropa İttifaqının institutlarında təcrübə keçəcəklər.
AZƏRTAC xəbər verir ki, Latviya parlamentinin katibi Zanda Kalniya-Lukaşeviça Riqa Ali Hüquq Məktəbində çıxışı zamanı Latviya Xarici İşlər Nazirliyinin sponsorluğu ilə Şərq Tərəfdaşlığı və Orta Asiya ölkələrindən gələn mütəxəssislər üçün hazırlanan təhsil proqramını təqdim edib.
Azərbaycan, Gürcüstan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistanın dövlət strukturlarında çalışan 32 mütəxəssis təhsil müddətində Latviyanın bir sıra dövlət strukturlarında, habelə Brüssel və Lüksemburqda Avropa İttifaqının əlaqədar institutlarında təcrübə keçəcəklər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin