Düdelanj” – “Qarabağ” oyunu 30-cu dəqiqədə dayandırılıb

0
15

UEFA Avropa Liqasının qrup mərhələsində Iüksemburqda oynanılan “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar matçın 30-cu dəqiqəsində müvəqqəti dayandırılıb.
AZƏRTAC xəbər verir ki, matçın 30-cu dəqiqəsində “Qarabağ”ın rəqib qapısına vurduğu ikinci qoldan sonra dron vasitəsilə stadionun üzərində qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağı gətirilib.
Hazırda oyunda fasilə elan olunub. Komandaların üzvləri meydanı tərk ediblər.
Xatırladaq ki, ağdamlılar matçın 11-ci dəqiqəsində Abdella Zubirin, 30-cu dəqiqədə isə Miçelin qolları ilə hesabda 2:0 irəlidədir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin