Ədliyyə naziri vətəndaşları qəbul edəcək

0
19

Ədliyyə naziri Fikrət Məmmədov oktyabrın 8-də Füzuli rayonunda vətəndaş qəbulu keçirəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Thebusinesstimes.Az-a bildiriblər ki, Füzuli rayonu Muğam Mərkəzində (ünvan: Füzuli rayonu Horadiz şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək qəbulda Füzuli, İmişli və Beyləqan rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlırinə baxılacaq.

Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, contact@justice.gov.azelektron poçt ünvanı vasitəsilə, eləcə də Füzuli rayonu Muğam Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin