Donald Tramp: ABŞ “misli görünməmiş” yeni silahlar hazırlayır

0
21

ABŞ Prezidenti Donald Tramp ölkədə “hətta heç kimin təsəvvür etməyəcəyi” yeni silahlar, o cümlədən “dahiyanə” sualtı qayıqlar hazırlandığını bəyan edib.
AZƏRTAC bu barədə Yahoo News portalına istinadla xəbər verir.
“Hazırda bizdə çox sayda silah var. Ölkədə hətta heç kimin təsəvvür etməyəcəyi yeni silahlar da mövcuddur. Bəzi silahları nümayiş etdiririk, bəzilərini isə yox. Biz həmçinin nüvə silahlarını da modernləşdirdik və yeniləyirik. Heç kimin ağlına gəlməyəcək dahiyanə sualtı qayıqlar hazırlayırıq. Ümid edirəm ki, onları heç vaxt istifadə etmək məcburiyyətində qalmayacağıq”, – deyə Donald Tramp Yaponiya ilə sazişin imzalanması münasibətilə Ağ evə toplanan jurnalistlərə bildirib.
Qeyd edək ki, ötən həftə ÇXR-in qurulmasının 70-ci ildönümü münasibəti ilə keçirilən hərbi paradda ilk dəfə olaraq sualtı qayıqlarda yerləşdiriləcək JL-2 “Tzyuqlan-2” ballistik raketi geniş kütlə qarşısında nümayiş etdirilib. JL-2 raketi “Dunfan-31” qitələrarası ballistik raketin bazasında hazırlanıb. Hərbi paradda, həmçinin ən yeni “Dunfan-41” ballistik raketi, səsdən sürətli “Dunfan-100” qanadlı strateji raketi nümayiş olunub. Bu raketlərin ABŞ-ın hava hücumundan müdafiə sistemlərindən yayınma və uzaq məsafədəki hədəfləri vurma qabiliyyətinə malik olduğu bildirilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin