Paytaxtın bəzi küçə və yollarında rənglənmə işləri görüləcək

0
25

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə oktyabrın 15-də axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, gecə saatlarında isə Nərimanov rayonu ərazisindəki Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində, həmçinin Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sürücülərdən sözügedən küçə və yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin