Ədliyyə Nazirinin müavini vətəndaşları qəbul edəcək

0
13

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov tərəfindən noyabrın 8-də Masallı rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Thebusinesstimes.AZ-a bildiriblər ki, Masallı rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi, 17) keçiriləcək qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72, 4-07-88, (050) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Masallı rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin müavininin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin