AXCP-“Milli Şura” cütlüyünün bu dəfə Latın Amerikası “havası”

0
42

Əli Kərimli ərəb rəqsindən rumboya keçir?

AXCP-“Milli Şura” cütlüyünün gah ərəb baharından, gah Afrikadakı qəbilə savaşlarından dəm vurub, siyasi qeyzə gəlmələri bu dəfə Latın Amerikasına doğru çevrildi. Daha dəqiq desək, Boliviyada baş verən iğtişaşlar Əli Kərimlinin oynadığı ərəb rəqsinin rumboya çevrilməsi ilə nəticəsini tapdı. Sosial şəbəkələrdə “100 minlik çağırış” edən AXCP sədrinin növbəti dəfə qanunsuz yığıncaq cəhdi bir daha onların iç üzünü ortaya qoydu. Necə deyərlər, utanmasan oynamağa nə var ki…

Ölkədə ümumiyyətlə, mitinqə sosial sifariş, ehtiyac yoxdur

Əli Kərimli üçün hətta humanoidlərin rəqsini oynamaq da utanclıq yaratmır. Təki harada olursa-olsun, iğtişaşlar baş versin və o da həmin iğtişaşları özünün və ətrafının fəaliyyətdən kəm olan düşüncələrinə yerləşdirsinlər.

Ümumiyyətlə, AXCP sədri Əli Kərimli və onu ağılda olan bir qrupun “inqilab” cəhdləri əslində bir daha sübuta yetirir ki, xalq bu yalançılara inanmır və ölkədə ümumiyyətlə, mitinqə sosial sifariş, ehtiyac yoxdur.

Əslində, xalq artıq onların yalanlarına, xülyalarına heç vaxt inanmayıb. Ona görə ki, millətimiz öz lideri ətrafında birləşib, seçimini də öz iradəsi ilə edib. Artıq dəfələrlə təstiqini tapıb ki, AXCP-“Milli Şura” cütlüyü normal şəkildə aksiya təşkil etmək iqtidarında deyil. Əli Kərimlinin sosial şəbəkələrdə vətəndaşları aksiyaya çağırması, şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıyıb. Nəticə isə noyabrın 2-də göz qabağında oldu. Artıq xalq dərk edir ki, Əli Kərimli və onun kimilərin populist bəyanatları, inqilab oyunbazlığı altında müxtəlif “rəqslər” etmələri yalandan-palandan başqa bir şey deyil.

Rusların yaxşı bir məsəli var –  yaxşı rəqqasa mane olan…

Digər tərəfdən, bu şəxslərin məqsədi heç də şəhərdə dinc aksiya keçirmək deyil, piketi mitinqə çevirmək, şəhərin mərkəzində qarşıdurma yaratmaq, çaxnaşma salmaqdır. Əgər Əli Kərimli həqiqətən tərəfdarlarına güvənib mitinq etmək istəyirdisə, Bakı şəhər İcra Hakimiyyəti onlara normal yer təklif etdi və orada istədikləri qədər toplanmağa icazə vermişdi. Lakin, öz tərəfdarlarına arxayın olmayan Əli Kərimli və onun beş-on nəfərlik ətrafı mitinqin müəyyən edildiyi əraziyə heç kimin gəlməyəcəyini bilib həmin ərazidən imtina etdilər.

 Nəticədə onlar insanların ən gur olan ərazisində toplaşmaq qərarı verdilər ki, ətrafdakı insanların diqqətini hay-küy salmaqla cəlb edə bilsinlər. Sonra da deyəcəklər ki, həmin şəxslər etiraz aksiyasına gəlmişdilər. Bunu artıq xalq da çox gözəl anlayır. Azərbaycan ictimaiyyəti dərk edir ki, AXCP və “Milli Şura” adı altında olan təşkilatın məqsədi dinc aksiya keçirmək deyil. Onlar şəhərin mərkəzində, insanların intensiv hərəkət etdiyi yerlərdə çaxnaşma yaratmaq, təxribat törətmək, bu məqsədlə gündəmdə qalmaqdır.

Əslində isə, həmin şəxslər 90-cı illərin psixologiyası ilə yaşamaqla müəyyən yollarla qanuna tabe olmayaraq, sadəcə olaraq küçədə polisə müqavimət göstərmək, təhqiramiz ifadələr işlətməklə çaxnaşma yaratmaq, yolu bağlamaqla insanları narahat etmək istədilər. İndi də Latın Amerikası ölkələrində baş verənlərdən bəhrələnməyə çalışırlar. Onlar nə qədər və hansı xalqın, qəbilənin rəqslərini oynamağa cəhdlər göstərsələr də, alınmayacaq. Elə rumbo oyunbazlığıda buna sübutdur.

Sonda isə, rusların yaxşı bir məsəli var, onu xatırlatmaq yerinə düşərdi –  yaxşı rəqqasa mane olan…

Rövşən RƏSULOV

P.S. Nə isə, bu gün Qərbə işlədiklərini açıq-aydın çirkin əməlləri ilə etiraf edənlərdən də zatən başqa nə isə gözləməyə dəyməz. Fakt göz önündərir. Belə də ki, əgər Əli Kərimli həqiqətən də ərəb rəqsindən bezib, rumbo oynamaq istəyirsə, elə getsin boliviyalı haray-həşirçilərin yanına və onlardan öyrənsin, əlbəttə ki, gedə bilərsə…

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin