Fiskal Şura, yoxsa Maliyyə Sabitliyi Şurası…

0
95

Azərbaycanda maliyyə-vergi və büdcə sistemində şəffaflığın artırılması məqsədilə Fiskal Şuranın yaradılması nəzərdə tutulur. Hesablama Palatası bununla bağlı hökumətlə təkliflər verib. Təkliflərdə qeyd olunur ki, büdcə şəffaflığının artırılması və hesabatlılığın yüksəldilməsi, büdcənin tərtibinin mütərəqqi metodologiyaya uyğunlaşdırılması və beynəlxalq reytinq hesabatlarında ölkəmizin mövqeyinin möhkəmləndirilməsi məqsədilə belə bir qurumun təsis edilməsinə ehtiyac vardır.
Fiskal Şura nədir və maliyyə sektorunda hansı töhfəverici rol oynayır?
Fiskal Şura bir sıra ölkələrdə müvafiq iqtisadi blokun birgə fəaliyyətini birləşdirən qurumdur. Eyni zamanda, əksər ölkələrdə hökumətin yanında belə bir qurum fəaliyyət göstərir. Bu cür təşkilatların əsas fəlsəfəsi büdcə və maliyyə sahəsində fiskal məsələləri tənzimləmək, eyni zamanda, büdcə xərclərinə nəzarətin gücləndirilməsini təmin etməkdir. Bir çox ölkələrdə Fiskal Şuranı daha əhatəli və səlahiyyətli qurum – Maliyyə Sabitliyi Şuraları həyata keçirir. ABŞ, İsveç, Almaniya, Xorvatiya və Türkiyədə fiskal strategiyanı Maliyyə Sabitliyi Şurası tənzimləyir. Dünya təcrübəsinin təhlili göstərir ki, iqtisadi siyasətin ayrı-ayrı istiqamətlərinə cavabdeh olan qurumların bir platformadan koordinasiya olunması müsbət səmərəsini verir.
Azərbaycan dövləti də fiskal siyasətlə bağlı hədəfləri gerçəkləşdirmək üçün bir neçə il əvvəl Maliyyə Sabitliyi Şurası yaradıb. Bu Şuranın makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi baxımından əhəmiyyəti böyükdür. Eyni zamanda, faktiki olaraq fiskal hədəfləri tənzimləyir. Çünki bu qurumun tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh olan qurumların rəhbərləri daxil edilib. Bu isə o deməkdir ki, maliyyə və fiskal siyasətlərin uzlaşdırılması üçün daha çevik vahid platforma yaranıb. Maliyyə Sabitliyi Şurasının tərkibinə Prezident Administrasiyası, Nazirlər Kabinetinə birbaşa tabeçiliyi olan Maliyyə və İqtisadiyyat nazirlikləri, həmçinin Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Neft Fondunun daxil edildiyini nəzərə alsaqbu təşkilatın maliyyə dayanıqlılığının və fiskal siyasətin təmin edilməsində mühüm rolu böyükdür.
Hazırda Azərbaycan yeni iqtisadi mərhələyə qədəm qiyub və yeni çağırışlar orta və uzunmüddətli dövrdə makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsi, makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivə olaraq müəyyən edilməsi, dövlət büdcəsi gəlirlərinin hesabatlılığında şəffaflığın daha da artırılması, o cümlədən gəlirlərin inzibati təsnifat üzrə hesabatlılığının genişləndirilməsi məqsədilə fiskal siyasətin də gücləndirilməsinə ehtiyac vardır.Ölkədə həyata keçirilən gedən fiskal islahatların dinamikliyini nəzərə alaraq, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha yaxşılaşdırılması və alternativ makroiqtisadi, o cümlədən, büdcə parametrlərinin o cümlədən, fiskal risklərin geniş təhlili və qiymətləndirilməsi işinin təkmilləşdirilməsi məqsədilə Maliyyə Sabitliyi Şurasının tərkibində fiskal bölmənin yaradılması daha məqəsəduyğundur.

E.CƏFƏR

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin