Tbilisidə müxalifət etiraz aksiyasını yenidən bərpa edib

0
16

Tbilisidə müxalifətin parlamentin binası qarşısında etiraz aksiyası yenidən bərpa edilib.
AZƏRTAC xəbər verir ki, aksiyanın keçirildiyi ərazidə bu gün əlavə çadırlar quraşdırılıb.
Əraziyə hüquq-mühafizə orqanı əməldaşları gətirilib.
Rustaveli prospektində avtomobillərin hərəkəti maneəsiz davam edir.
Qeyd edək ki, bu Gürcüstan parlamentinin proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya qanununu qəbul etmədiyi gündən sonra Tbilisidə ardıcıl 6-cı mitinqdir.
Bu gün mitinqdə müxalifətin yeni fəaliyyət planı elan olunub. Bildirilib ki, müxalifət parlamentin binasını yenidən blokadaya alacaq.
Bundan başqa, müxalifət noyabrın 24-də daha böyük izdihamlı mitinq keçirmək niyyətindədir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin