“Bakı Metropoliteni” QSC metroda baş vermiş problemlə əlaqədar məlumat yayıb

0
61

“Bakı Metropoliteni” QSC noyabrın 24-də səhər saatlarında metroda baş vermiş texniki problemlə əlaqədar məlumat yayıb.
AZƏRTAC QSC-nin saytına istinadla xəbər verir ki, məlumatda “Neftçilər”-“Qara Qarayev” mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkətinin “Nəriman Nərimanov”-“İçərişəhər”, “Nəriman Nərimanov”-“Dərnəgül” və əks istiqamətdə təşkil edildiyi bildirilib.
Qeyd olunub ki, hazırda “Ulduz”-“Həzi Aslanov” istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür.
İctimaiyyətə əlavə məlumat veriləcək.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin