Messi üçün tarixi gecə

0
71

“Barselona”nın Dortmund “Borussiya”sı ilə keçirəcəyi Çempionlar Liqasının V tur matçı Argentina millisinin futbolçusu Lionel Messi üçün əlamətdar olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, meydana çıxacağı təqdirdə, bu, 32 yaşlı hücumçunun Kataloniya təmsilçisinin heyətində 700-cü oyunu kimi tarixə düşəcək. Messi klub tarixində belə nailiyyətə imza atan ikinci oyunçu sayılacaq. Ən çox oyunu komandanın sabiq yarımmüdafiəçisi Xavi Ernandes keçirib. Xavidə bu göstərici 767-dir.

“Barselona”nın yetirməsi olan Messi klub tarixinin ən yaxşı bombardiridir. O, 699 oyuna 612 qol vurub və 248 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Barselona” – “Borussiya” matçı sabah “Kamp Nou” stadionunda keçiriləcək.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin