ABİDƏLƏR: tarixin “yaddaş kitabları”

0
95

Qarabağın işğal altında qalan ərazilərində maddi mədəniyyət nümunələri də erməni vandalizm qurbanlarına çevrilib

Dövrün daşlaşmış səhifələri kimi, abidələr, qalalar zamanın  “danışan tarix”inə çevrilir, minilliklərdən soraq verir. Bu mənada hər bir xalqın varlığını sübut edən tarixi yadigarlar içərisində abidələrin özünəməxsus yeri və rolu danılmazdır. Çünki onların meydana gəlməsinə qədər əsrlər, min illər keçib. Zaman-zaman dəyişilən ictimai-iqtisai formasiyalar, mədəniyyətlərin qovuşması, yaxud ayrılması bu tarixi şahidlərin sinəsinə həkk olunub. Ona görə də abidələrin mühafizəsi labüddür.

Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir parçasıdır.  Məhz elə buna görə də  çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir. Onların bəşəri əhəmiyyətini nəzərə alan UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən nəşr olunan “Dünya İrs” jurnalının İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalasının qurumun təhlükədə olan irs siyahısından çıxarılması barədə məqalə dərc edib. Burada abidələrin mühafizəsi sahəsində Azərbaycanın   əldə etdiyi uğurlar da yüksək qiymətləndirilib.

Tarixi tədqiqatlar təsdiqləyib ki, Azərbaycan bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazisində yerləşir. Təbii  coğrafi mövqe və  həyat şəraitinin təmini üçün zəruri mühitin olmasındandır ki, bu yerlər ilk insan məskənləri kimi tarixə yazılıb. Aparılan arxeoloji tədqiqatların nəticəsində məlum olub ki, burada yaşamış qədim insanlar çox böyük və şərəfli tarixə malikdirlər. Ulu babalarımız çox dəyərli maddi mədəniyyət nümunələri yaratmışlar ki, onlar respublikamızın ərazilərində yetərincə qeydə alınmışdır. Bu abidələr hər bir xalqın və ya millətin tarixi, mədəniyyəti, bir sözlə, keçdiyi təkamül və inkişaf yolunu bariz sübutudur. Maraqlıdır ki, Azərbaycan ərazilərində belə abidələrin sayı həddən artıq çox olub və onların yaşı  əsrlərlə  hesablanır. Ona görə də ölkəmizə səfər edən səyyahlar Azərbaycanın tarixini özündə əks etdirən mədəni abidələrinə heyranlıqlarını gizlədə bilməmiş və bu barədə dəfələrlə öz xatirələrində qeyd etmişlər.

Maddi mədəniyyət abidələri ilə yanaşı, dini xarakterli  məbədlər də bu yerlərin tarixinin qədim və zənginliyini özündə əks etdirir. Coğrafi nöqteyi-nəzərdən harada tikilməsindən asılı olmayaraq, ilk növbədə, onların təbii mühafizəsi  nəzərə alınıb. Qobustan qayalıqları ilə Azıx mağarasında ilk insanın əl işlərinin dövrümüzədək gəlib çıxmasında da məhz təbii coğrafi amil əsas rol oynayıb. Qobustanda aşkar edilmiş mağaralar və digər sığınacaqlar, digər memarlıq abidələri də sübut edir ki, bu yerlər sivilizasiyaların qovuşaraq yaratdığı mədəniyyətin beşiyi, yəni ilk insan məskənlərindəndir.

Manna və Atropatena dövlətlərinin mədəniyyət abidələri, müdafiə tikililəri – qalalar, yolüstü karvansaralar,  o dövrün şəhərlərinin əzəmətli qala divarları, Urmiya gölü ətrafındakı sərdabələrin tədqiqi göstərir ki, hələ altıncı yüzillikdə bu yerlərdə yaşayış mədəniyyəti o həddə çatıb ki, hətta eyvanlı evlər də tikilib. Yaxud həmin dövrün dini abidələrindən olan od məbədləri – bugünümüzədək gəlib çatan belə sərvətlər (Atəşgah) Azərbaycanın milli memarlığının inkişafında mühüm rol oynayıb. Onu da qeyd etməliyik ki, atəşpərəstliyin yayılması ilə bağlı yaradılan ibadətgahlar islamdan əvvəlki dövrün məbədləri sayılır. Qafqaz Albaniyasının  yadigarları da bir daha təsdiqləyir ki, şəhərsalma  mədəniyyətinin təşəkkül tapmasının tarixi çox qədimlərə gedib çıxır. Qəbələnin möhkəm qala divarları, saxsı borularda şəhərə su çəkilməsi, dəmirqapı keçidindəki müdafiə sistemi, Çıraqqala, Ləkit və Mingəçevirdəki məbədlər kompleksi, yaxud Sasanilər dövrü tarixini özündə qoruyub saxlayan müdafiə xarakterli abidələr də bunları söyləməyə əsas verir.

Qafqazda islam dininin yayılması ilə bu yerlərdə memarlığın inkişafında da müəyyən dəyişikliklər zərurətə  çevrilib. Yeni tipli memarlıq tikililəri – məscidlər, mədrəsələr, türbə  və digər məbədlər tikilib. Ərdəbil, Marağa, Urmiya, Şamaxı, eləcə də Bərdə, Şabran və digər yaşayış yerləri o dövr üçün Azərbaycanın ən inkişaf etmiş mədəniyyət mərkəzlərindən sayılıb. O da xüsusi olaraq qeyd edilməlidir ki, islamdan əvvəlki dövrlərdə inşa edilən alban tikililəri milli memarlığın inkişafında mühüm əhəmiyyət daşıyıb. Həmin dövrün abidələrindən söz açarkən Zaqataladakı Paşan və Muxax, Şəkidəki Böyük Gəldək, Govurqala, Qəbələnin Böyük Əmirli, Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd, bir sözlə, respublikamızın bütün bölgələrindəki tarixi, dini, maddi mədəniyyət nümunələrini unutmaq olmaz.

Yeri gəlmişkən, hər bir dövrün özünəməxsus  memarlıq nümunələri  olub və  onlar tarixi əhəmiyyət daşıyıblar. Son dövrlər həmin tarixin yaddaşlarına münasibət birmənalı şəkildə dəyişib. Çünki tarixi yadigarların daşıdığı əhəmiyyət birə-on qat artıb. Turizmin inkişafında mühüm rol oynayan belə abidə və məbədlər heç də ötəri yerə əcnəbi turistlərin marağını kəsb etmir.

Təəssüf ki, tarixən bu kimi mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına  çevrilməkdən də sığortalanmayıblar. Hər dövrün özü ilə gətirdiyi “səmum yeli”  onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında  ermənilərin məkrli, çirkin siyasəti nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də az olmayıb. Erməni işğalçılarının  talan etdiyi abidələr Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə  əks etdirdiyi üçün belə qəddarcasına, vəhşicəsinə yer üzündən silinir, yaxud erməniləşdirilir. Təsadüfi deyil ki, dağıdılan, məhv edilən  maddi mədəniyyət nümunələrinin arasında təkcə  Şuşa, Laçın və Qubadlının rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin  nəinki ərazilərindəki, hətta muzeylərində qorunub saxlanan belə sərvətlər talan edilərək Ermənistana daşındı.

Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi  bu gün diqqət mərkəzindədir. Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin  aşkar edilməsi və mühafizəsi istiqamətində çox böyük  və məqsədyönlü  layihələr həyata keçirilir ki, bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz bu fondun reallaşdırdığı bir sıra  regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib.

Yuxarıda qeyd etdiyimiz kimi, abidələrin beynəlxalq miqyasda mühafizəsindən danışıldığı bir vaxtda erməni vandalizmi Azərbaycanın maddi mədəniyyət nümunələrini yer üzündən silməklə məşğuldur. Dəfələrlə  yüksək tribunalardan səsləndirilsə də, ermənilər heç bir beynəlxalq qanunlara əməl etmirlər. Şuşa tarixən abidələr şəhəri kimi tanınıb. Lakin, çox təəssüf ki, 1992-ci il may ayının 8-dən sonra bu qədim, ulu musiqi beşiyində xalqımıza məxsus maddi mədəniyyət nümunələri dağıdılıb. Orada “güllələnmiş heykəllərin fəryadı” isə beynəlxalq birlikdə, sadəcə, eşidilmədi.

Bü­tün mü­na­qi­şə və mü­ha­ri­bə­lər tək­cə məh­ve­di­ci da­ğın­tı­lar, əra­zi il­haq­la­rı de­mək de­yil­dir. Bu­ra­da söh­bət bə­şə­riy­yə­tin ən ül­vi var­lı­ğı olan in­san öv­la­dı­nın, sa­də­cə, məh­vin­dən de­yil, on­la­rın dü­çar ol­duq­la­rı qəd­dar­lıq və dəh­şət­lər­dən ge­dir. Adı­çə­ki­lən Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin elan olun­ma­mış mü­ha­ri­bə­yə keç­mə­si nə­ti­cə­sin­də 20 min nə­fər azər­bay­can­lı hə­lak ol­muş, 4866 nə­fər it­kin düş­müş, 100 min nə­fər ya­ra­lan­mış, 50 min nə­fər müx­tə­lif də­rə­cə­li xə­sa­rət ala­raq əlil və şi­kəst ol­muş­dur. Bu tə­ca­vüz ey­ni za­man­da Azər­bay­can üçün 17 min kvad­rat­ki­lo­metr əra­zi­nin (əsa­sən məh­sul­dar və tə­bii sər­vət­lər­lə zən­gin) tor­paq­la­rın iş­ğa­lı, 900 ya­şa­yış mən­tə­qə­si­nin, 130939 evin, 2389 sə­na­ye və kənd tə­sər­rü­fa­tı ob­yek­ti­nin, 1025 təh­sil, 798 sə­hiy­yə oca­ğı­nın, 1510 mə­də­niy­yət mü­əs­si­sə­si­nin, 5198 km av­to­mo­bil yol­la­rı­nın, 348 kör­pü­nün, 7568 km su və 76940 km elekt­rik xət­lə­ri­nin da­ğıl­ma­sı, bü­tün­lük­lə məhv edil­mə­si de­mək­dir.

Res­pub­li­ka­mı­zın əra­zi­lə­ri­nin iş­ğa­lı za­ma­nı və ümu­miy­yət­lə, er­mə­ni­lə­rin azər­bay­can­lı­la­ra qar­şı apar­dı­ğı soy­qı­rı­mı si­ya­sə­ti keçmiş sovetlər dövründə  pər­də­ar­xa­sı (giz­li şə­kil­də) hə­ya­ta ke­çi­ril­miş­dir­sə, ötən əs­rin 90-cı il­lə­rin­dən bu, özü­nü açıq-aş­kar gös­tər­miş­dir.

Azər­bay­ca­nın mə­də­ni ir­si­ni hə­dəf se­çən er­mə­ni­lər iş­ğal et­di­yi tor­paq­lar­da­kı mad­di-mə­də­niy­yət abi­də­lə­ri­mi­zi sax­ta­laş­dı­ra­raq er­mə­ni­ləş­dir­mə­yə ça­lış­mış və bu­na mü­əy­yən mə­na­da na­il ol­muş­lar. Be­lə ki, iş­ğal al­tın­da qa­lan mad­di-mə­də­niy­yət abi­də­lə­ri­miz ta­ma­mi­lə və qəd­dar­lıq­la məhv edil­miş­lər. Erməni vandalizminin Azərbaycan ərazilərinə  təkcə ötən əsrin doxsanıncı illərinin əvvəllərində təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik əra­zi­lər­də er­mə­ni­lər  13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli muzeyi, 23 bağ, park, monumental və xatirə abidələri,  6 rəsm qa­la­re­ya­sı­nı, ta­ri­xi əhə­miy­yət­li 9 sa­ra­yı qa­rət edə­rək yan­dırm­şlar. Bunlardan başqa 15 dekorativ sənət nümunəsi – tarixi və mədəniyyət nümunələrinin yerlə-yeksan edilməsi, na­dir əhə­miy­yə­tə ma­lik 40 min mu­zey sər­və­ti və eks­po­natın ta­lan olun­ması, 44 mə­bəd və 18 məs­cidin təh­qir edil­məsi faktları artıq bir sıra beynəlxalq təşkilatların rəsmi sənədlərində də əksini tapıb. Da­ğı­dı­lan və yan­dı­rı­lan 927 ki­tab­xa­na­da 4 mil­yon 600 min nüs­xə ki­tab və na­dir in­ci­lər­dən sa­yı­lan əl­yaz­ma­la­rın kü­lü göy­lə­rə sov­rul­muş­dur.

Əlbəttə, bura ayrı-ayrı rayonlarda məhv edilmiş abidə və məbədləri də əlavə etsək aydın olar ki, ermənilərin faşizm xislətli çirkin siyasətinin nəticəsidir ki, keçmiş SSRİ-də yeganə sayılan Ağdamın Çörək, dünya şöhrətli, 13 mindən artıq  nadir eksponatlı Kəlbəcər,  Xocalı, Şuşa, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının tarix-diyarşünaslıq  muzeyləri darmadağın edilib.

Dağ­lıq Qa­ra­bağ əra­zi­sin­də və ət­raf ra­yon­lar­da Azər­bay­ca­nın mil­li-mə­də­niy­yət ocaq­la­rı­na er­mə­ni tə­ca­vüz­kar­la­rı tə­rə­fin­dən vu­ru­lan zi­ya­nı də­qiq he­sab­la­maq müm­kün de­yil­dir, çün­ki za­man də­yiş­miş (keç­miş so­vet­lər dö­nə­min­də­ki də­yər­lər ar­tıq öz əhə­miy­yə­ti­ni itir­di­yi üçün mal-mül­kün də qiym­tlə­ri ma­ya də­yə­ri­nə uy­ğun­laş­dı­rıl­mış­dır), qiy­mət­lər ye­ni­dən for­ma­laş­mış­dır. Ey­ni za­man­da ta­lan və məhv edil­miş sər­vət­lər nə­in­ki Azər­bay­ca­nın, həm də dün­ya si­vi­li­za­si­ya­sı­nın mi­sil­sil­siz mə­də­niy­yət nü­mu­nə­lə­ri he­sab olun­muş­dur. Əha­li­yə vu­rul­muş mən­vi-psi­xo­lo­ji zəb­rə ilə bə­ra­bər, il­kin və so­na­dək mü­əy­yən­ləş­di­ril­mə­miş mə­lu­mat­la­ra əsa­sən, Azər­bay­can iq­ti­sa­diy­ya­tı­na 60 mil­yard ABŞ dol­la­rın­dan çox zi­yan dəy­miş­dir.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində  Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin  barbarcasına dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası ilə zidd olsa da, nədənsə, beynəlxalq birlik belə  “mədəni siyasət”in qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.

1983-cü ildə UNESCO-nun Beynəlxalq Abidələrin Mühafizəsi Assambleyasının təsis edilməsində də məqsəd diqqəti  maddi mədəniyyət nümunələrinin və tarixi ərazilərin qorunmasına yönəltmək olub. Sivilizasiyalı bəşəriyyətin tarixi  keçmişininin öyrənilməsində abidələr xüsusi əhəmiyyət daşıyırlar. Lakin minilliklərin yadigarları olan bu sərvətlər, təəssüf ki, heç də hamısı bu günümüzə qədər  gəlib çıxmayıb. Onların sıradan çıxmasının isə təbii və süni səbəbləri olub. Belə ki, təbii aşınmalara məruz qalan abidələrin, təəssüf ki, insan əli və əməlinin də qurbanlarına çevrilməsi faktları ötən əsrin əvvəllərində və sonlarındar özünü daha qabarıq formada göstərmişdir. Zaman-zaman ərazilər yadellilər tərəfindən işğal edilərkən məhvə məhkum olunan maddi mədəniyyət nümunələri içərisində dini xarakterliləri də az deyil.

Məhəmməd NƏRİMANOĞLU

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin