Ugandalı idmançı yeni dünya rekordu vurub

0
9

Uqanda idmançısı Coşua Çepteqei 10 km məsafə yarışında dünya rekordu vurub.

Thebusinesstimes.Az Trend-ə istinadən bildirir ki, İspaniyanın Valensiya şəhərində “World Athletics Silver Label”in yarışı zamanı Çepteqei 26 dəqiqə 38 saniyə nəticə göstərib. 23 yaşlı idmançı Keniyalı Leonard Komonun 26 sentyabr 2010 tarixindəki rekordu (26.44) üstələyib.

Coşua Çepteqei 10.000 metr məsafəyə qaçışda hazırkı dünya çempionudur, eyni zamanda Londonda keçirilən 2017 Dünya Kubokunun gümüş medalına və Birlik Oyunlarının iki qızıl medalına sahibdir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin