Bələdiyyə seçkilərində “Exit-poll” keçirmək istəyən təşkilatlar üçün son gün

0
11

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində “Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti başa çatır.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 20 gün qalanadək, yəni 2019-cu il dekabrın 3-dək (dekabrın 3-ü də daxil olmaqla) qəbul edilir.

Bundan əlavə hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi müddəti dekabrın 3-də başa çatır.

Dekabrın 3-də həmçinin səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi müddəti bitir.

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər 15,156 bələdiyyə üzvlüyü üzrə baş tutacaq. Dairə seçki komissiyalarına siyasi partiyalar tərəfindən, öz təşəbbüsü ilə və seçicilərin təşəbbüs qrupları tərəfindən olunan müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş vaxtda və qaydada baxılaraq 42 769 nəfərin namizədliyi təsdiq olunub. Onlardan 41 872 nəfərin namizədliyi bu vaxtadək qeydə alınıb.

Öz namizədləri ilə seçkilərə qatılmaq niyyətində olan 13 siyasi partiya tərəfindən səlahiyyətli nümayəndələrin qeydə alınması üçün MSK-ya ünvanlanan müraciətlərə müsbət reaksiya verilərək, siyasi partiyaların təqdim etdiyi bütün şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin