Əsas səhifə Sosium “Bakutel-2019” sərgisində “Ən yaxşı debüt’’ sertifikatına DOST Agentliyi layiq görülüb

“Bakutel-2019” sərgisində “Ən yaxşı debüt’’ sertifikatına DOST Agentliyi layiq görülüb

admin
59 Oxunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi “Bakutel-2019” – XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində “Ən yaxşı debüt’’ sertifikatına layiq görülüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən sərgidə 1 saylı Bakı DOST Mərkəzi ölkəmizin inovativ yeniliklərindən biri kimi uğurla iştirak etdi. Mərkəz sərgidə vətəndaşlara harada qeydiyyatda olmalarından asılı olmadan xidmətlər təqdim etdi. 100-dən çox vətəndaşa əmək, məşğulluq, pensiya, sosial müavinət, əlillik və s. sahәlər üzrə operativ xidmətlər göstәrildi.

Hәmçinin “e-arayış” xidmәti vasitәsilә vətəndaşlar müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və imtiyazlı kateqoriyalardan olan vətəndaşlar kimi dövlət tərəfindən avtomobillə təmin olunma barədə real vaxt rejimində arayışlar əldə etdilər.

Rəy bildir

8 − 6 =


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609