Əsas səhifə Dünya İtaliya parlamentində yetərli say təşkil edən partiyalardan biri avro zonasından çıxmağı təklif edir

İtaliya parlamentində yetərli say təşkil edən partiyalardan biri avro zonasından çıxmağı təklif edir

admin
52 Oxunub

İtaliyada son keçirilən parlament seçkilərinin favoritlərindən olan “Lega” partiyasının lideri Matteo Salvini “İtalexit” kampaniyasını başlamağı və avro zonasından çıxmağı təklif edib. Rəsmi Brüssel isə İtaliyada getdikcə populyarlaşan partiya liderinin bu çıxışından narahatlıq ifadə edib.
Thebusinesstimes.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sözügedən partiya gələn seçkilərdə hakimiyyətə gələrsə Avropa Birliyi ilə ortaq bir çox məqamlarda fikir ayrılıqları yaşana bilər. Belə ki, partiyanın lideri İtaliyanın əsas avroskeptiki sayılır. Onların fikirlərinə görə, vahid valyuta olan avro ölkədə maliyyə geriliyi yaradır və bunun da nəticələri göz önündədir.
“Lega” hakim olmasa da İtaliyada ən populyar partiya olmaqda qalır. Cari ilin avqustunda Matteo Salvininin partiyası hazırda iqtidar olan “5Star” ilə yaratdığı koalisiyanı tərk edərək növbədənkənar seçkilərə təkbaşına gedəcəyini açıqlamışdı. Lakin onun bu addımı əks effekt yaratdı. Belə ki, “5Star” sol mərkəzçi partiya olan demokratlarla əməkdaşlığa başladığı üçün növbədənkənar seçkilər baş tutmadı.

Rəy bildir

nineteen − eleven =


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609