“EuroHome”dakı yanğının ilkin səbəbi açıqlandı

0
35

“EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının ilkin səbəbi açıqlanıb. 

Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin sözçüsü Gülçin Mehdiyeva qafqazinfo-ya açıqlamasında bildirib ki, ilkin ehtimala əsasən, yanğın bazardakı mağazalardan birində başlayıb: “Bazardakı kafel-metlax mağazalarından birində elektrik naqilləri alışıb. Daha sonra alışma digər mağazalara da keçib və yanğın böyüyüb”.

Qeyd edilib ki, artıq yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin