Əsas səhifə Sosium Ədliyyə nazirinin müavini Qəbələdə vətəndaşları qəbul edəcək

Ədliyyə nazirinin müavini Qəbələdə vətəndaşları qəbul edəcək

admin
82 Oxunub

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq dekabrın 18-də Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayev Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, 40) vətəndaşları qəbul edəcəkdir. Qəbulda Qəbələ rayonunda yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin ThebusinesstimesAz-a verdiyi məlumata görə Vətəndaşlar qəbula Şəki regional ədliyyə idarəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94; əlaqə telefonları: (02424) 4-32-18, 055-652-07-07), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün həmin gün keçiriləcək qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət edə bilərsiniz.

Rəy bildir

3 + 18 =