Əsas səhifə İdman FIDE dünya şahmat tacı uğrunda matçın keçiriləcəyi yeri yanvarda açıqlayacaq

FIDE dünya şahmat tacı uğrunda matçın keçiriləcəyi yeri yanvarda açıqlayacaq

admin
48 Oxunub

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya şahmat tacı uğrunda matçın keçiriləcəyi yeri yanvarda, qadınlar arasında dünya çempionu adı uğrunda matç başa çatandan sonra açıqlayacaq. Bunu TASS agentliyinə müsahibəsində FIDE-nin başçısı Arkadi Dvorkoviç bildirib.
Qadınlar arasında şahmat üzrə dünya çempionu adı uğrunda matç bu titulun indiki sahibi Tszyuy Ventszyun (Çin) ilə Aleksandra Qoryaçkina (Rusiya) arasında 2020-ci ilin yanvarında Çində və Rusiyada keçiriləcək. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, matçın birinci hissəsi yanvarın 4-12-də Şanxayda, ikinci hissəsi Vladivostokda oynanılacaq.
Dvorkoviç deyib: “Bizə iki müraciət daxil olub: Argentina və Dubay. İndi onları nəzərdən keçiririk. Bunu Yeni ilə qədər elan etməyə imkan tapacağımızı düşünmürəm. Amma yanvarda, qadınlar arasında dünya çempionu adı uğrunda matçın sonunda, zənnimcə, elan edə bilərik”.
Dvorkoviç xatırladıb ki, 2020-ci ildə dünya çempionu titulu uğrunda matçın mükafat fondu təqribən 2 milyon avro olacaq.
Şahmat üzrə dünya çempionu titulunun indiki sahibi norveçli Maqnus Karlsendir. Martın 15-dən aprelin 5-də keçiriləcək iddiaçılar turnirinin qalibi şahmat tacı uğrunda matçda onun rəqibi olacaq.

Rəy bildir

three − 2 =