2020-ci ildə fermerləri hansı yeniliklər gözləyir?

0
97

Azərbaycanın qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu olduqca böyükdür, bu sahə həm ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, həm də qeyri-neft məhsullarının ixracında xüsusi əhəmiyyət kəsb edir. Son illərdə aqrar sahədə aparılan islahatlar kənd təsərrüfatı məhsullarının istehsalı və ixracının 10 fazidən çox artmasına səbəb olub. İstehsalın artmasında dövlətin dəstəyi, xüsusilə də maliyyə stimulları mühüm rol oynayır. Ancaq məsələ ondadır ki, ötən dövrlərdə kənd mülkiyyətçilərinə və fermerlərə verilən dövlət maliyyəsi – subsidiyalar öz ünvanına çatmayıb və bu, istehsalçının əlini torpaqdan soyudub.
Subsidiyaların mənimsənilməsində yerli icra orqanları və bələdiyyələrin iştirakı ilə bağlı kifayət qədər faktların olması həm maliyyə, həm də hüquq-mühafizə orqanlarının əsaslı faktları ilə öz təsdiqini tapıb. Xüsusilə də yerli icra orqanları müxtəlif şəxslərlə əlbir olaraq dövlət tərəfindən ayrılmış subsidiyaları öz yaxınlarının adına yazaraq həmin vəsaitləri mənimsəyibdir. Belə ki, subsidiyalarla bağlı siyahıyaalınma və sənədləşmələri rayon icra başçılarının yerli nümayəndləri tərtib edirlər. Bu zaman elə halalr olur ki, icra başçıları, yaxud onların kəndlər üzrə icra nümayəndəliyi yaxın qohumlarının adına olan torpaq sahələrindəki əkinin təyinatını dəyişirlər. Məsələn, qanunla yonca, qarğıdalı, bostan və s. bu qəbildən olan əkin sahələrinə, o cümlədən çoxillik əkin sahələrinə verilən subsidiya ilə taxıl əkini sahələrinə verilən subsidiyalar arasındakı fərq 2 dəfə təşkil edir.
Bu cür halların olmasını Prezident İlham Əliyev dərin narahatlıqla ifadə edib: “Bu subsidiyaları biz veririk. Amma əfsuslar olsun ki, biz bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzi hallarda ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Yəni, bu sahədə biz tam şəffaflığı təmin etməliyik. Dövlət öz kəndlisinə öz dəstəyini verir və verəcəkdir. Elə etmək lazımdır ki, bu təminat fermerlərə maksimum dərəcədə – 100 faiz çatsın”.
Dövlət başçısı şəffaflıq məsələsində həddindən artıq qətiyyətli və prinsipaildır və Kənd Təsərrüfatı Nazirliyi qarşısında da bu meyarları əsas tələb kimi qoydu. Prezident İlham Əliyevin bir neçə ay əvvəl imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmana əsasən, subsidiyaların verilməsində yeni qatdaların tətbiq olunması, bu prosesdə məmurların təmasının sıfıra endirilməsi üçün müvafiq qurumlara qəti tapşırıq verildi, nazirlik və digər dövlət qurumlarına şəffaflığı təmin edən ən təkmil layihə hazırlanması tapşırıldı.
Buna görə də, 2020-ci ilin yanvarın 1-dən subsidiyaların fermerlərə yeni, vahid mexanizm vasitəsilə çatdırılması əsas prinsip olacaq. Növbəti ildən etibarən subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) altsistemi oln Subsidiya İnformasiya Sistemi (SİS) vasitəsilə veriləcək. Bu sistemdə qeydiyyatdan keçməyən fermerlər subsidiya ala bilməyəcək. EKTİS-də qeydiyyatda olan şəxs eyni zamanda ölkənin elektron hökümət portalında qeydiyyatdan keşmiş sayılır və portalda təqdim edilən digər xidmətlərdən istifadə edə bilərlər. Subsidiyaların yeni qaydalara əsasən verilməsi fermerlərin subsidiyalara əlçatanlığını daha da yaxşılaşdıracaq, zaman itkisinin qarşısını alacaq. Fermerlər mobil telefonlar, planşetlər və kompüterlər vasitəsilə EKTİS-də yaradılan şəxsi kabinetə daxil olacaq, təsərrüfatları, proqnozları barədə məlumatları həmin kabinetə daxil edə və heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciət edə biləcək. EKTİS-də qeydiyyatdan keçən fermerin torpaq sahələri, onlar tərəfindən əkiləcək və əkilən bitkilər, subsidiya predmeti olan heyvanlar barədə məlumatlar kabinetə əks olunacaq.
Maliyyə şəffaflığını təmin etmək üçün Aqrar Subsidiya Şurası yaradılıb. Şuraya Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və yerli fermerlər assosiasiyasının nümayəndələri daxildir.
Beləliklə, 2020-ci ildən etibarən subsidiyalar və digər ödənişlər “Fermer kartı” na köçürüləcək. Fermer subsidiya vəsaitinin 25 faizini nağdlaşdıra biləcək, 75 faizini isə nağdsız əməliyyatlar vasitəsilə EKTİS üzərindən gübrə, toxum, herbisid, pestisid almaq və sair aqrar xidmətlər üçün istifadə edəcək.

E.CƏFƏR

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin