Əsas səhifə İqtisadiyyat Neftin qiyməti 150 dolları keçə bilər

Neftin qiyməti 150 dolları keçə bilər

admin
71 Oxunub

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-İran arasında baş verə biləcək müharibə ilə bağlı narahatlıqlar fonunda bu həftə neft qiymətləri yeddi ayda ilk dəfə 70 dolları keçib.

“Report” “İndependent”ə istinadən xəbər verir ki, iki ölkə arasındakı gərginliyin müharibəyə çevrilməsi halında neftin qiyməti 150 dolları keçəcək.

Məlumata görə, neftin qiymətinin qalxması dünya iqtisadiyyatına zəncirvari təsir göstərəcək ki, bu da istehlakçılar üçün geniş çeşiddə malların qiymətinin qalxmasına səbəb olacaq.

Beynəlxalq ekspertlərə görə, Tehran dünya neft daşımalarının beşdə biri düşən Hörmüz boğazını bağlaması, regiondakı bir sıra vacib qurğular və nəqliyyat xətlərinin hədəfə çevrilməsi dünyanın neft tədarükünə çox ciddi təsir göstərəcək.

Rəy bildir

10 − 2 =