İstanbulda ticarət mərkəzinin tavanı çöküb, yaralılar var

0
36

İstanbulun Beşiktaş rayonunda ticarət mərkəzlərindən birinin tavanı uçub.

APA-nın yerli bürosunun “CNN-Türk”ə istinadla verdiyi xəbərə görə, asma tavanın çökməsi nəticəsində ticarət mərkəzinin kafesində olanlardan 6 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin