Oman sultanı vəfat edib

0
23

Oman sultanı Qabus bin Səid Əl Səud vəfat edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin rəsmi dövlət agentliyi məlumat yayıb.

Məlumata görə, sultanlığın rəhbəri dünən – yanvarın 10-da dünyasını dəyişib. Sultanlıq dəftərxanası tərəfindən yayılan xəbərdə qeyd edilir ki, 79 yaşlı Qabus bin Səid uzunsürən xəstəlikdən ölüb. 

Qeyd edək ki, 2015-ci ildə sultanda xərçəng xəstəliyi aşkarlanmışdı. Son vaxtlar yerli mətbuatda onun səhhətinin pisləşməsi barədə dəfələrlə məlumat yayılıb.

Qabus bin Səid 50 il idi ki, ölkəni idarə edirdi. O, 1970-ci ildə hakimiyyətə gəlmişdi. 

Xatırladaq ki, sultan son illər Almaniyada müalicə kursu keçirdi. Onun varisi yoxdur. 

Sultanın vəfatı ilə bağlı ölkədə 3günlük matəm elan olunub, ölkə ərazisində dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb, ölkə ərazisində bayraqlar 40 günlük endirilib. 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin