Əsas səhifə Dünya İranda tələbələrin hökumətə qarşı etiraz aksiyası başlayıb

İranda tələbələrin hökumətə qarşı etiraz aksiyası başlayıb

admin
67 Oxunub

Bu gün İranda tələbələrin hazırkı hökumətə qarşı etiraz aksiyası başlayıb.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, yüzlərlə tələbə hakimiyyətin səhvən Ukrayna təyyarəsini vurduğunu etiraf etməsindən sonra İranın ali dini lideri Ayətullah Əli Xameneyinin istefasını tələb edirlər.

İran hüquq-mühafizə orqanlarının xüsusi qüvvələri etirazçıların olduğu əraziyə göndərilib, onlar nümayişçiləri dağıtmağa başlayıb. 

Etirazlar paytaxt Tehranla yanaşı İsfahan, Şiraz, Kerman və Zəncan şəhərlərində keçirilir.

Xatırladaq ki, Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən “Ukrayna Benyəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi bir az sonra vurulmuş, nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olmuşdu.

Rəy bildir

fifteen − 5 =