Gürcüstanda SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olub

0
21

Gürcüstanın Kobuleti rayonunda “SOCAR Georgia Gas”ın qaz yanacaqdoldurma məntəqəsinə hücum olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bir qrup şəxs məntəqənin mühafizəçisinə hücum edərək, məntəqəyə maddi zərər veriblər.

Faktla bağlı Gürcüstan DİN tərəfindən quldurluq maddəsi ilə cinayət işi açılıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin