Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzi tikiləcək – SƏRƏNCAM

0
16

Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

APA-nın xəbərinə görə, sərəncama əsasən, Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılıb. 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin