ATƏT PA prezidenti: “Parlament üzvləri Cənubi Qafqazda sülhə töhfə verə bilərlər”

0
18

ATƏT-in Parlament Assambleyası Albaniya sədrliyinin prioritetlərini dəstəkləyir”.

“Report” xəbər verir ki, bu sözləri ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli ATƏT-in Vyanadakı 57 daimi nümayəndəliyinin səfirlərinə müraciətində söyləyib.

G.Tsereteli həmçinin fəaliyyətdə olan sədr Edi Ramanın sədrliyin parlament üzvlərinə işi daha da gücləndirmək istəyini dilə gətirməsinə görə ona təşəkkürünü bildirib. O, eyni zamanda İsveçi ATƏT “üçlüyü”nün yeni üzvü kimi salamlayıb və Polşanın 2022-ci ildə təşkilata sədrlik etməyə hazır olduğunu bildirib.

Çıxışında Dağlıq Qarabağmünaqişəsinə toxunan G.Tsereteli parlament üzvlərinin Cənubi Qafqazda sülhə necə töhfə verə biləcəyi ilə bağlı Azərbaycan və Ermənistan rəhbərliyi ilə çoxsaylı söhbətlərini vurğulayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin