Azərbaycan ərazisində bir dəqiqəlik sükut olub

0
16

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.

“Report” xəbər verir ki, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.

Qeyd edək ki, bu gün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 yanvar hadisələrindən 30 il ötür.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin