İndoneziyada körpünün çökməsi nəticəsində 9 nəfər ölüb

0
19

İndoneziyanın Sumatra adasında körpünün çökməsi nəticəsində 9 nəfər ölüb, 17 nəfər yaralanıb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, leysan yağışları nəticəsində yaranan sel Benkulu əyalətində körpünün çökməsinə səbəb olub.

Dağıntılar altında qalmış insanların axtarışında 100-dən çox xilasedici, əsgər, polis, təbii fəlakətlərə qarşı mübarizə aparan Xüsusi Milli Agentliyinin işçiləri və könüllülər iştirak edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin