ABŞ-da 200-dən çox insan virusa yoluxdu

0
24

ABŞ-ın Luiziana ştatının Leyk-Çarlz şəhərində yüzlərlə insan norovirusa yoluxub.

“Report”un məlumatına görə, bu barədə WVUE telekanalı bildirib.

Qeyd edilir ki, hadisə ötən həftə baş verib. “L’Auberge” kazinosunda azı 200 nəfər virusa yoluxub.

Ştatın Səhiyyə Nazirliyinin rəhbəriLeysi Kavano bildirib ki, virus çox güclü yoluxucu təsirə malikdir. “Hazırda bunun necə yayılmağa başlamasının heç bir əhəmiyyəti yoxdur. Bir halda ki indi biz cəmiyyətin daxilində virusun ötürülməsini müşahidə edirik”, – o qeyd edib.

Norovirus kəskin bağırsaq infeksiyasına səbəb olur. Bəzən bunu bağırsaq və ya mədə qripi adlandırırlar.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin